Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər...
20.05.2019

Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın allahlar tərəfindən qəbul edildiyi hesab olunurdu.

Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər. Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın allahlar tərəfindən qəbul edildiyi hesab olunurdu. Kəklikotu yunanlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə Müqəddəs Məryəmin ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotuna rast gəlinir.[3]

Kəklikotunun xeyirli və ziyanlı tərəfləri:

Geniş antioksidant yığımı olduğundan,o, orqanizmi onkoloji və ürək - damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə,o,  arterial təzyiqi normallaşdırma gücünə malikdir.

Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanimi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.

Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür. Digər birkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə,  ekoloji cəhətdən təmiz olmayan rayonlradan toplanan məhsul, orqanizmə ziyan vura bilər.

Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.

Visison TV - Fərqanə Əliyeva