Qazaxıstanda prezidentliyə ilk qadın namizəd
25.04.2019

Qazaxıstanda prezidentliyə ilk qadın namizəd

Qazaxıstanın "Ak Jol" Demokratik Partiyasının XV növbədənkənar qurultayı keçirilib.

 

Xezerxeber.az xəbər verir ki, qurultayda partiyanın prezident seçkilərində iştirakı və namizədliyin irəli sürülməsi məsələləri müzakirə olunub.

 

Qurultayda növbədənkənar prezident seçkilərində Daniya Yespayevanın namizədliyi irəli sürülüb. O, Parlament Məclisinin VI çağırış deputatıdır. Beləliklə, Daniya Yespayeva Qazaxıstanda prezident seçkilərində namizədliyi irəli sürülən ilk qadın olub.

 

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək./xezerxeber.az