Qalatasaray Trabzonsporla oyuna itkilərlə çıxacaq
06.02.2019

Qalatasaray Trabzonsporla oyuna itkilərlə çıxacaq

Türkiyə Superliqasının 21-ci turunda "Trabzonspor"la qarşılaşacaq "Qalatasaray" oyuna ciddi itkilərlə çıxacaq.

Visiontv.Az qol.az-a istinadən xəbər verir ki, son turda "Alanyaspor"la keçirilən matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən yarımmüdafiəçi Fernando və hücumçu Sinan Gümüş  bu vacib görüşü buraxacaq.

Bundan başqa, zədəli yarımmüdafiəçi Emre Akbabanın da qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" oyunu fervalın 10-da keçiriləcək.