Prezident Vəfa Zeynalovaya ev verdi
26.06.2019

Azərbaycan Prezidenti İlham Əliyev aktrisa Vəfa Zeynalovaya ev hədiyyə edib.

VisionTV.az  teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə aktrisanın özü məlumat verib.

Aktrisa buna görə dövlət başçısına təşəkkür edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına! Möhtərəm Cənab Prezident!

Bu gün Azərbaycan silahlı qüvvələrin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qaygi bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, Sizə sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm".