Milli Qəhrəman Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirirlib
03.06.2019

Vision TV -yə verilən məlumata görə,20 Yanvar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" layihə çərçivəsində Mübariz İbrahimov adına incəsənət rəsm qalereyasında   yeniyetmə və gənclərlə  görüş  keçirib.

Milli Qəhrəman  Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr  olunmuş tədbirdə İctimai Birliyin işçi heyyəti və üzvləri , dəvət olunmuş ehtiyatda olan hərbi qulluqçular, media nümayəndələri  və  8 saylı tam orta məktəbin  şagirdləri  iştirak etmişdir .

Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri Sultan Əzimzadə bildirib  ki,1990-cı ildən təşkilat olaraq yeniyetmə və   gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması istiqamətində maarifləndirici tədbirlər təşkil olunsa da , bu  yönümdə davamlı olaraq  təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc  slin yaddaşına  həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimiyaşar olsun.

Vision TV- Fərqanə Əliyeva