Messi 6 illik ənənəsini pozdu
17.04.2019

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi 2013-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının final mərhələsində qol vurub.

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi 2013-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının final mərhələsində qol vurub.

"Barselona"nın hücumçusu Çempionlar Liqasının 1/4 finalında, "Mançester Yunayted"lə cavab matçının birinci hissəsində dubl edib.

Qeyd edək ki, argentinalı sonuncu dəfə 2013-cü ildə Avropanın ən nüfuzlu klub futbol yarışının 1/4 finalında fərqlənib. PSJ ilə matç 2:2 hesabı ilə başa çatıb.

Daha əvvəl bildirilib ki, Kataloniyanın "Barselona" klubunun hücumçusu İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır.

xezerxeber.az