Kommunal xidmət limiti ilə bağlı — YENİ QƏRAR
17.04.2019

Kommunal xidmət limiti ilə bağlı — YENİ QƏRAR

Qərara əsasən, kommunal xidmət göstərən müəssisələr ikiay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra ikiay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

xezerxeber.az