Kobud əllərdən necə xilas olmalı?
19.04.2019

Bu vasitələr əllərimizi xilas edə bilər!

İşlərimizin çoxunu əllərlə görürük. Bunun üçün ən çox əllər çirk olur və tez-tez yuyulur. Əlləri tez-tez yuduqda isə əlin dərisi quruya və qabıq verə bilər.

Ev işlərində, istehsalatda əllər tez-tez çirklənirsə, əllərə ya qoruyucu krem çəkilir və ya  əlcək geyinilir adətən. Bəs əl dərisini təbii üsullarla necə bərpa etmək və yumşaltmaq olar?

Dermotoloqların tövsiyyələrini sizinlə bölüşürük:

-Əlləri kobudlaşmış və qabıq verən adamlar 1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb əlləri 10 dəqiqə saxlamaqla kobudlaşmış dəridən xilas olmaq olar.

-Tünd çay, şalfey, palıd dəmləməsi ilə əlləri vanna etmək dəriyə yaxşı təsir bağışlayır.

-Tarlada işləyən qadınların əlləri kimyəvi dərmanların və bitkilərin təsirindən cadar-cadar olur və çatlayır. Bunun qarşısını almaq üçün 2 çay qaşığı kartof ununu, 1 stəkan suda bişirməli, 2 litr su ilə qarışdırmalı və ilıq halda vanna etmək lazımdır.

-Əllərdə qabar əmələ gəlirsə, həftədə 2-3 dəfə ilıq sodalı su ilə vanna etmək lazımdır.

-Əllərin dərisində olan kobudlaşmanı aradan qaldırmaq üçün səhər və axşam limon dilimi ilə əlləri sürtmək lazımdır. Bu dərini yumşaq və hamar edir.

Hər bir qadın zərifdir və əllər qadınların ən həssas olduğu yeridir. Baxımlı, kobud dəridən azad olmaq və tər-təmiz əllərlə vucudunuza gözəllik qatmaq diləyilə.

visiontv.az      Şəlalə Babayeva