Kardi Bi Bakıda Formula 1 həftəsinin sonu kansert verdi
Video aç
29.04.2019

Kardi Bi Bakıda Formula 1 həftəsinin sonu kansert verdi

Bax belə. Bakıda “Formula-1” SOCAR Azərbaycan Qran-prisi həftəsinin son günü  ABŞ hip-hop ifaçısı və internet ulduzu Kardi Binin konserti ilə başa çatıb. 

Hər il Azərbaycanda “Formula-1” təşkilatçıları avto-idman həvəskarlarını bütün dünyada tanınan ulduzların konsertləri ilə sevindirməyə çalışırlar. Bu ilin SOCAR Azərbaycan Qran-prisinin son nöqtəsini qısa müddətdə hip-hop kraliçası adına layiq görülmüş Kardi Bi (Cardi B) qoydu.

“Baky City Circuit”in əsas səhnəsi olan “Crystal Hall”da keçən axşam ulduzun bütün bədən formalarını nümayiş etdirən parlaq çəhrayı kombinezon və dinləyicilərlə ünsiyyəti ilə yadda qaldı. Bakı musiqi sevərləri də geridə qalmayaraq, demək olar ki, hər mahnını onunla birgə ifa etdilər.

Qeyd edək ki, Kardi Bi “Ən yaxşı rep albomu” kateqoriyasında Qremmi mükafatına layiq görülmüş ilk hip-hop ifaçısıdır.



 

sputnik.az