İNTİHARlar nədən xəbər verir ? -ARAŞDIRMA
16.04.2019

Aida Nəbiyeva: " Əslində bəlkə də, intihar eləmək istəmir sadəcə olaraq cəhd eliyir, nəyəsə nail olmaq istəyir.... "

Son günlərin ən faciəvi hadisələrindən biri artan intihar hallarının olmasıdır. Hansı ki, cəmiyyətin həssas mövzusuna çevrilib bir müddətdir. Əsasən də qadınların intihara meylli olması maraqlı məqamlardandır. Xüsüsən də son günlərin ən faciəvi intiharı -məktəbli Elinanın intiharı bir daha hər birimizi bu məsələyə aydınlıq gətirməyə səsləyir. Axı nədir səbəb? Mövzu qarışıq və dərin, səbəblər müxtəlif olsa da bizi maraqlandıran suallarla psixoloq fikrini öyrənmək istədik. Həmsöhbətimiz psixoloq Aida Nəbiyeva bizim suallarımızı cavablandırdı. Müsahibəni təqdim edirik.

-İntihar bu dünyadan imtina etməkdir, yaşamı dayandırmaqdır, hər birimizə məlum olduğu kimi. Müasir dövrümüzdə əl çatmayan nəsə bir şey yoxdur, telefon, texnika, geyim, qida...demək olar ki, hər şey var. Amma əksinə intihar çox. İnsan olmazlardan şikayətlənib nəyəsə üsyan edər zənn edildiyi kimi. Amma dövr əksini göstərir. Elinanın intiharı da bunu göstərir. Məsələyə şəxsi baxışınızı bilmək maraqlıdır.

-İntihar təbii ki bu dünyadan imtina etmək və növbəti dünyaya istiqamətlənməkdir. İnsanın bu dünyada kontaktını sındıranda tam intihara doğru gedir və insan çox zaman intihar edəcəyini belə tam dərk eləmədən intihar edir. İntiharlar bəzən şantaj xarakterli olur. Əslində bəlkə də, intihar eləmək istəmir sadəcə olaraq cəhd eliyir, nəyəsə nail olmaq istəyir və uğursuz bir cəhd olduğu ilə özü də qarşılaşır. Bəli müasir dövrümüzdə əslində mümkün olan şeylər çoxdur ətrafımızda, məhz bu mümkünlüklərdir ki, insanları çox sıxır. Nə qədər ki, mümkünlüklər artır, insanlar çox əziyyət çəkir. Məsələ burasındadır ki, insanların bir çoxları, bəzən bir çox şeyləri əldə etdikdə belə kontrolu itirir və həyatda konkret nə istədiyini bilmir. Yəni mənasız, neqativ şeylərə yönlənə bilərlər. Əslində Elinanın intiharında mən düşünürəm ki, daha çox sosial faktor və ailə faktoru var idi. Bu məsələyə ciddi təsir eliyirdi. Mən düşünürəm ki, Elinanın durumunda olan bir çox yeniyetmələrimiz var ki, hansı ki, eyni durumu yaşayırlar.

-Risk faktorları hansılardır intihara aparan yolda? Belə deyək normal insanın ölümünü tezləşdirən amillər kimi nələri göstərə bilərsiniz?

- İntiharlara gedən risk faktorları coxdur. Bu daha çox problemli ailə, problemli cəmiyyət, problemli sinif yoldaşları, insanın kompleksləri, uşaqlıqda aldığı trvmalar, ailədaxili konflikt, kəskin ifadələr və insanın heç cürə öz şəxsiyyətini tapa bilməməsi.

- Özünü qəsdən öldürməyə görə şəxsin özündən başqa kimlərsə təqsirkar bilinirmi?(psixoloji baximdan)

-Təbii ki, itiharlarda insan faktorunun rolu var. Bu çox zaman araşdırılır, təsdiqlənir. Məhz intihar baş verəndən sonra insanlar daha çox səbəbkar axtarırlar. Hətta intihara sürükləmək belə özü cinayət sayılır. Müasir dövrdə mən deyərdim ki, bizim yeniyetmələr daha çox intihara meyllidir. Əslində çox şey əllərində olsa da, çox şeyə nail olsalar da, çox yüngül streslərdən intihar meylləri yaranır. Məsələ burasındadı ki, bir çoxlarının cəmiyyətə adaptasiyası və psixi immuniteti məhz aşağı olduğu üçün intiharlara əl atırlar.

-Belə bir fikir var, normal deyildi, özünü asdı, kəsdi, və s.Münasibətiniz?

-Demək olmaz ki, insan ancaq anormal vəziyyətdə intihar eliyir. Elə insanlar var idi ki, onlar normal yaşayırdılar sadəcə həssas idılər, sinir sistemləri zəif idi, ağır travmaları yaşayıb- yaşayıb, tab gətirməyib , dözməyib intihara əl atırlar.

İntiharlar və səbəblər çoxluq təşkil etsə də müasir cəmiyyətimizdə sosial faktor deyilən etalon qanun var. Təssüf edirik ki, hər birimiz bu qanuna eyni cavab vermirik və eyni cür insanlar deyilik. Elinanın qismində bu gün məktəb şagirdləri bəlkə də minlərlədir. Sadəcə bu bizim məsələnin görə bildiyimiz tərəfidir. Nə qədər çətin olsa da etiraf etməliyik ki, günlük yaşamımızda heç birimiz bu hadisədən sığortalanmamıışıq. Həyat çətin və olduqca qəribədir. Psixologiyamız isə ondan dərin. Hər zaman yaşam diləyilə.

 

visiontv.az    Şəlalə Babayeva