İdman şərhçisi Rövşən Binnətli Formula-1 SOCAR Azərbaycan Qran Pri mərhələ yarışlarını şərh etdi
30.04.2019

İdman şərhçisi Rövşən Binnətli Formula-1 SOCAR Azərbaycan Qran Pri mərhələ yarışlarını şərh etdi

Bakıda keçirilən Formula-1 SOCAR Azərbaycan Qran Prisi başa çatdı. Yarışın qalibi 1:44.757 nəticə  ilə “Merdeces” komandasının pilotu Valteri Bottas oldu.

 Visiontv.az xəbər verir ki, İdman şərhçisi Rövşən Binnətli  deyir ki, Formula 1 dünyaca məşhur və audiotoriyası olduqca böyük olan idman yarışıdır:

“Bu yarışı təşkil etmək ölkənin təbliğatı baxımından çox önəmlidir. Yarışlarda ardıcıl iki dəfə qalib gələn olmayıb. Bu dəfə də yeni ada rast gəldik. Mövsüm qabağı yayılan fikirlərdə də “Merdeces” komandasının imkanları yüksək qiymətləndirilirdi və bu reallıqda öz əksini tapdı. Qarşıda hələ 17 mərhələ var. Düşünürəm ki, turnir cədvəlindəki mənzərədə xeyli dəyişiklik olacaq. Ümumilkdə isə Formula-1 SOCAR Azərbaycan Qran Prisinin mərhələ yarışları arasında özünəməxsus yeri var və bəlkə də ən çox izlənən mərhələ yarışlarından biri seçiləcək”.

sputnik.az