Heydər Əliyev hərbi xidmətini başa vurdu - FOTO
01.07.2019

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

VisionTV.az  xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib. 

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.