Hazard “Real”a gedəcək - Fabreqas
09.02.2019

"Çelsi"dən "Monako"ya keçən Sesk Fabreqas keçmiş komanda yoldaşı Eden Hazardın "Real"a transfer olacağı iddialarıyla bağlı danışıb.

Visiontv.Az komanda.az-a istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi Hazardın "Real"a gedə biləcəyini deyib:

"Hazardın qərarını gözləyək. Onun "Çelsi"ylə 2020-ci ilə qədər müqaviləsi var. O, Londonda xoşbəxtdir. Ancaq yenə də, qərarı özü verəcək. "Real"ın onda xüsusi yeri var, hansı ki, tez-tez bu haqda danışırdı. Ümid edirəm ki, Hazard "Çelsi"ylə müqailəsinin müddətini artıracaq. Artırmasa da, "Real"a gedəcək".

İspaniya mətbuatı Hazardın mövsümün sonunda "Real"a keçəcəyini iddia edir.