Güclü külək əsəcək... - XƏBƏRDARLIQ - HAVA PROQNOZU
11.03.2019

Güclü külək əsəcək... - XƏBƏRDARLIQ - HAVA PROQNOZU

Martın 11-i respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Visiontv.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Xəbərdarlıq

Martın 11-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözləniliir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti təşkil edəcək.