"Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib"-SENSASİON AÇIQLAMA
08.04.2019

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan:-"Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib"-

"Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib".-Bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsi zamanı verib.

Sputnik Azərbaycan "Yekramas" nəşrinə istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.

Qeyd edək ki, Ermənistanın baş nazirinin həyat yoldaşı hazırda ABŞ-dadır. ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.