ƏMR GƏLDİ, MƏHV EDİN - Naxçıvanda düşmənə sarsıdıcı zərbə vuruldu - VİDEO
13.06.2019

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.

Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər.

Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.