13.012.2019
Ara
Günlük
alt

Əməkdar artist intihara cəhd edən Fatiməyə məktub yazdı: "Mən məktəbdə oxuyanda şəhid tabutları..."

Əməkdar artist intihara cəhd edən Fatiməyə məktub yazdı: "Mən məktəbdə oxuyanda şəhid tabutları..."

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd edib. Məktəbli bildirib ki, maddi cəhətdən imkansız olduqların görə məktəbdə psixoloji problemlər yaşayıb, müəllimlərin qınağına tuş gəlib .

BiG.AZ xəbər verir ki,. məktəblinin intihara cəhd etməsi əməkdar artist Lalə Məmmədovanı dərindən üzüb. İki qız anası olan xanım ifaçı məktəb rəhbərliyini şagirdlərə qarşı diqqətli olmağa səsləyib və Fatiməyə məktub ünvanlayıb:

"Əziz Fatimə balam, bu məktubumun sənə çatacağına və oxuyub məni anlayacağına inanır və ümid edirəm. Gözəl balam, bu dünyada heç nə sənə həyatından və əzizlərindən qiymətli ola bilməz, bunu yadında saxla. Heç bir anlıq ata-ananı gözünün önünə gətirdinmi o an? Axı səni 9 ay bətnində gəzdirən anan, yolunu həsrətlə gözləyən atan, bu günədək əllərindən gələn hər bir şeyi sənin üçün edən valideynlərini bu qədərmi önəmsiz hesab etdin? Və özündən sonra onlara buraxacağın ömürlük ağrı və yara sənə səni incidən müəllimlərindən dahamı vacib oldu? Bax, gözəl qızım, əgər kimsə sənə "Həyat yağ-baldır, bütün fəsillər yay-yazdır, bütün insanlar xeyirxah və xoşməramlıdır. Vicdan, şərəf, ləyaqət bütün insanlara bərabər paylanılıb" desə inanma. İnanacağın bir Allah və bir də günün birində sənin qəlbinə dəyən insanların uca Yaradan tərəfindən haqq-ədalət tərəzisində bu dünyada cəzalandırılması olacaq, əziz balam".

L.Məmmədova Fatiməyə çətin günlər keçirdiyi məktəb illərindən də söz açıb:

"Sənə öz uşaqlıq xatirələrimdən danışmaq istəyirdim. Bilirsən, Fatimə, mənim də məktəb illərim çox ağrılı keçdi. O zamanlar ölkəmiz ağır müharibə şəraitində idi. Üzümüz heç gülmürdü. Hər gün şəhid tabutları Şəhidlər Xiyabanında basdırılır, hər keçən gün torpaqlarımız düşmənlərimiz tərəfindən dinc əhalinin qanı, canı bahasına işğal olunurdu. Heç bilirsən o zamanlar nə qədər sənin yaşıdın uşaqlar ata-anasız qaldı. Məktəblərindən, evlərindən, doğma torpaqlarından ayrı düşdülər. Onnlar ən ağır, ən əzablı günlərdə belə ağıllarından "intihar" adlı bir fikri keçirmədilər. Onlar əksinə, dah mübariz oldular, ən ağır anlarında ümiddən bərk-bərk yapışdılar. Onlar bizə bir örnək oldular. Günü bu gün də danışanda onların gözlərində, sözlərində ümid var. Həyatı sev, bir də qarşına məqsəd qoy. Hər kəsə "Baxın, görəcəksiniz, hər şey sizin düşündüyünüz kimi deyil. Mən sizə bunu sübut edəcəyəm. Dərslərimi yaxşı oxuyacağam, ölkəmin ən nüfuzlu universitetlərindən birinə daxil olub mütəxəssis olacağam. Vətənimə faydalı vətəndaş olacağamm. Mənə bu gün haqsızlıq edənləri isə həyat gec-tez qarşıma çıxarıb onları utandıracaq" de.

Fatiməm mənim, hər zaman yanındayam. Başqa çıxış yolun yoxdur, həyat mübarizədir, sən də döyüşçü. Mübarizə aparacaqsan, hamımız səninləyik. Elinanın ağı-acısı ömürlük qəlb yaramızdır, belə etməyin. Sənətini, peşəsinisevməyən müəllimlər, uzaqlaşın məktəblərdən. Məktəblərə iş xətrinə gedən, adı "psixoloq", özü isə "vaxt keçirən" cavan qızlar, gedin təcrübə keçin. Özü ana olmayan, ailə sahibi olmayan kəs heç bir uşğın problemini dərindən anlaya bilməz. Məktəbərə təcrübəli psixoloqlar götürülməlidir. Uşaqlarımızı nəzarətsiz qoymayaq, əziz valideynlər".

Yorum