DİQQƏT! Bakının bu hissəsində qaz kəsiləcək
18.07.2019

Bu gün saat 10:00-dan etibarən Bakının Nərimanov rayonunun "Dəmiryol-30" ünvanında yenidənqurma işləri ilə əlaqədar təbii qaz təchizatı dayandırılıb.

VisionTV.az "Report"-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda deyilir ki, işlər yekunlaşana qədər 1000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.