Didem küçədə sevgilisiylə dalaşdı - FOTO
27.07.2019

Bir müddət əvvəl eşq yaşamağa başlayan model Didem Soydan və müğənni Selami Şahinin oğlu Lider Şahin cütlüyü istirahət üçün Bodruma yollanıb.

VisionTV.az axşam.az-a istinadən bildirir ki, Gümüşlükdə dincələn sevgililər hamının içində dava ediblər. Ətrafdakıların təəccüblü baxışlarını görən cütlük heç kimə əhəmiyyət verməyib və bir-birinə qışqırmağa davam edib.

Onlar daha sonra kafedən ayrı-ayrı çıxıb, avtomobil dayancağında isə mübahisələrinə davam ediblər. Sevgililər daha sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar.