Deputat: "Nəticə çıxarmalıyıq, sığortalanmalıyıq"
28.03.2019

Deputat: "Nəticə çıxarmalıyıq, sığortalanmalıyıq"

"Prezident İlham Əliyev, demək olar ki, heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addım atıb. "Diqlas" ticarət mərkəzindəki yanğından zərər çəkənlərə dövlət yardım edəcək.

Yaxşı, birdən bu ölkənin başında cənab İlham Əliyev kimi son dərəcə humanist bir lider deyil, başqa biri dursaydı, onda necə olacaqdı? 

Bəli, cənab prezident sözügedən ticarət mərkəzində malları yanıb kül olan, əlləri hər yerdən üzülən sahibkaralara əl uzatdı. Ancaq biz cəmiyyət olaraq bundan gərəkən nəticə çıxarmalıyıq".

Visiontv.Az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

"Bilməliyik ki, heç kim heç yerdə bu cür fors-majorlardan sığortalanmayıb. Sığortalanmadığımız üçün də mal-mülklərimizi mütləq sığorta etdirməliyik ki, uzaq olsun, fəlakətlə üzləşəndə "Diqlas"dakı mağaza yiyələrinin dünən düşdükləri duruma düşməyək", - deyən millət vəkilinin fikrincə, yaxşı olardı ki, media mənsubları da bu məsələdə fəallıq göstərsinlər.

"Məsələn, digər ticarət mərkəzlərindəkilərlə maraqlansınlar, onların neçə faizi öz mağazalarını sığorta etdiriblər? Etdirməyənlər, niyə etdirmirlər?", - deyə millət vəkili əlavə edib.