DƏHŞƏTLİ OLAY: Baba 1 aylıq nəvəsinə içki içirdi və həyatına SON qoydu
18.07.2019

Çinin Pekin şəhərində bədbəxt hadisə yaşanıb. Belə ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub. 
VisionTV.az xəbər verir ki, bu barədə "AsiaOne" portalı yazıb.

Qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz. Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb.

Halı pisləşən balacanın yarım saatdan sonra nəfəsi kəsilib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Həkimlər körpənin ülümünə səbəb sipirtli içkinin oluğunu deyiblər. Bundan başqa bildiriblər ki, körpələrdə alkaqol mərkəzi sinir sisteminə böyüklərə nisbətən daha sürətli təsir edir. Köpə ana südü ilə qidalandığına görə daha tez müddətdə ölüm baş verib. Həkimlərin sözlərinə görə ümumiyyətlə süd verən ana spirtli içkidən uzaq durmalıdır. Əks halda da uşaqda zəhərlənmə baş verə bilər.(medicina.az)