Çinli alimlər meymunlara insan beynindən gen köçürdü-ARAŞDIRMA
13.04.2019

İlk sınaqlardan sonra təcrübədən keçən meymunların daha zəki öldüğü və hafizələrinin gücləndiyi təsbit edilib

Çinli alimlər ilk dəfə gen dəyişdirmə yöntəmini istifadə edərək meymunlara insan beynindən gen köçürməyə nail olublar.

ChinaDaily-ın verdiyi məlumatına əsasən  qeyd edək ki, ilk sınaqlardan sonra təcrübədən keçən meymunların daha zəki öldüğü və hafizələrinin gücləndiyi təsbit edilib.

Araşdırma qrupu MCPH1 genini dəyişərək ümumilikdə 11 meymuna adaptasiya edib. Nəticədə həmin heyvanların daha praktik şəkildə davrandığı və uzun müddətdə insana xas hərəkətləri daha rahat kopyaladığı aydınlaşıb. Çinli elm adamları həmin meymunları bəzi xəstəliklər üçün araşdırmalarda istifadə edəcəklərini açıqlayıblar.

Vurğulayaq ki, bu sınaqlara bir sıra elm adamları qarşı çıxıb. ABŞ-ın ən böyük universitetlərindən olan MIT-ın gen araşdırma üzrə professoru James Şikela bu cür təcrübələrin tədbir almadan həyata keçirməyin risqli olduğunu deyib. Həmçinin meymunların genetiyini dəyişdirməyin beyinin inkişafı ilə əlaqəli olduğunu və bunu araşdırmaq üçün uzun vaxt lazım olduğunu vurğulayıb.

xezerxeber.az