Çində meşə yanğınları
01.04.2019

Hadisədə 24 nəfərin həlak oldugu bildirilir

Visiontv.Az Trend-ə istinadən məlumat verir ki,  Çinin cənub-qərbindəki Muli-Tibet muxtar dairəsində meşə yanğınlarının söndürülməsi zamanı azı 24 nəfər həlak olub.

Daha 30-a yaxın yanğınsöndürənin itkin düşdüyü deyilir.

Bölgədə yanğın iki gündür ki davam edir. Küləyin istiqamətinin dəyişməsi ilə əlaqədar yanğının şiddəti yenidən artıb.

Yanğının qarşısının alınmasına 700-ə yaxın yanğınsöndürən cəlb edilib.