Bu nazirlikdə YENİ TƏYİNATLAR
14.06.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyində kadr dəyişikliyi olduğu bildirilir.

VisionTv.az sonxeber.az-a istinadən xəbər verir ki, "Marja"nın əldə etdiyi məlumata görə, ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Rəisi Adil Əhmədov Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən vəzifəsinə təyin edilmişdir.

Mehdi Qasımov isə maliyyə nazirinin müşaviri təyin edilmişdir. Mehdi Qasımov qeyd edilən ləğv edilmiş idarənin müavini vəsifəsində çalışırdı.

Qeyd edək ki, Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.