Bu il “Azəriqaz” 113 yaşayış məntəqəsinə təbii qaz verib
10.12.2018

Bu il “Azəriqaz” 113 yaşayış məntəqəsinə təbii qaz verib

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 2 959 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 240 km qaz kəməri əsaslı təmir olunub.

“Azəriqaz”dan verilən məlumata görə, bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.