Bu gün üç rayonda qaz olmayacaq
26.07.2019

Bu gün üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə bir qəsəbə və yeddi kənddə qaz təchizatı dayandırılacaq.