Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib
14.02.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı "İmamzadə" dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında olub və Gəncənin görməli yerlərindən biri olan "Xan bağı" mədəniyyət və istirahət parkında sakinlərlə görüşüb, ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.

Visiontv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər barədə fikirləri rəsmi "Instagram" səhifəsində açıqlanıb.

"Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"