Bilgəh çimərliyində DƏHŞƏTLİ OLAY: 2 ölü, 1 itkin və 4 nəfər ... – VİDEO
25.07.2019

Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.

VisionTV.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Qeyd edilir ki, qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfər batıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.

Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.

Baş verən hadisələrin gürüntülərini təqdim edirik: