Başı telefona qarışdı, qadını vurub üstündən keçdi - Dəhşətli VİDEO
29.07.2019

Ürəyi zəif olanların baxması məsləhət deyil.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

Sürücünün sükan arxasında mobil telefona başı qarışdığı ehtimal olunur.

Ürəyi zəif olanların baxması məsləhət deyil.