Bakıda avtobus dəhşətli qəza törətdi 2 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
19.03.2019

Bakıda avtobus dəhşətli qəza törətdi 2 nəfər yaralanıb - YENİLƏNİB - FOTO

11:24

Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Visiontv.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.

Qeyd edək ki, bu gün 40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.

----------
10:03

"8-ci kilometr bazarı"nın​ önündə marşrut avtobusu zəncirvari qəza törədib.

Hadisə şahidlərinin axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan maşınlara çırpılıb, daha sonra digər maşının üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib.

Hadisə yerinə təcili yardım və xilasetmə maşınları cəlb edilib.

Yaralananlar var.

Məqaləyə dair fotomateriallar: