Bu gün Azərbaycanda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində 49 təmsilçinin bayrağı paradda iştirak edəcək.
VisionTV.az-ın xəbərinə görə, yürüş mərasimində 48 ölkə ilə yanaşı, Avropa Olimpiya Komitələri Qaçqın komandasının da bayrağı olacaq.
Belə ki, 48-ci bayraq məhz bu komandanın daşıdığı atribut olacaq.
Azərbaycan atletləri isə meydan sahibi kimi 49-cu - sonuncu kimi Kristal Zalda açılış mərasiminə çıxacaq.
Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.