Azərbaycanla oyundan öncə Xorvatiyada növbəti itki - O da zədəlilər karvanına qoşuldu
11.03.2019

Azərbaycanla oyundan öncə Xorvatiyada növbəti itki - O da zədəlilər karvanına qoşuldu

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Xorvatiya millisi daha bir itkiylə üzləşib.

Visiontv.Az sportal.az-a istinadən xəbər verir ki, Marko Pyatsa, Ante Rebiç, Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin ardından "damalılar" daha bir oyunçunun xidmətindən məhrub olub. Komandanın yarımmüdafiəçisi Marselo Brozoviç "İnter"in heyətində A Seriyasının 27-ci turunda SPAL-la qarşılaşmanın 42-ci dəqiqəsində zədələnib. Meydanı yarımçıq tərk edən futbolçunun bir neçə həftəlik sıradan çıxdığı ehtimal edilir.

Bundan əlavə, "İnter"in digər xorvatiyalısı İvan Perişiçin də durumu qeyri-müəyyəndir.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də keçiriləcək.