Azərbaycan ordusu erməni mövqelərini raketlə darmadağın etdi - YENİ VİDEO
15.06.2019

 

Sosial şəbəkələrdə Azərbaycan ordusunun Ermənistan ordusunun mövqelərinə minaatanlarla zərbə endirdiyini əks etdirən görüntülər yayılıb.
VisionTv.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobillərin və tikililərin görüntüləri, həmçinin erməni dilində danışan şəxslərin və atılan raketlərin səsi eşidilir.
İddia olunur ki, video görüntülər dünən cəbhənin  Fizuli istiqamətində qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, bu gün Ermənistan mətbuatında da bu barədə məlumat yayılıb. Qarabağdakı seperatçı rejimə istinadən yayılan məlumatlarda bildirilir ki, Azərbaycan tərəfi erməni mövqelərinə minaatanlarla (5 ədəd AQS-17) zərbə endirib.