Azərbaycan operasında leytmotiv və leytmotiv sisteminin ümumi xarakteristikası-Leyla Cumayeva
04.04.2019

Azərbaycan operasında leytmotiv və leytmotiv sisteminin ümumi xarakteristikası

Vision Tv-  yenidnə müsiqi sevən  oxucularına  Azərbaycan Milli Konservatoriyasının dissertantı Leyla Cümayevanın  yeni "Azərbaycan operasında leytmotiv və leytmotiv sisteminin ümumi xarakteristikası" adlı məqaləsini təqdim edir

 Açar sözlər: Azərbaycan  bəstəkarları, leytmotiv, leytmotiv sistemi,  opera, mövzu,   leytmotivin növləri, musiqi dramaturgiyası, leytlad.

Azərbaycan bəstəkarlarının opera yaradıcılığında leytmotiv və leytmotiv sisteminə baxmazdan öncə verilmiş termininin müxtəlif tədqiqat işlərində  hansı prinsipə əsasən istifadə olunmasına nəzər yetirib dəqiqləşdirmək  tələb olunur .

Leytimotiv termini özü alman dilindən tərcümədə “aparıcı mövzu, əsas motiv” deməkdir. Termin ilk dəfə 1871-ci ildə F.V.Yenin Veberin opera yanaşmalarında istifadə olunumuşdur.[1]

1. Geniş inkişafını X.fon Volçagenin Vaqner  yaradıcılığına aid istifadə etdiyi bütün işlərində tapmışdır.

2.Verilmiş termin incəsənətin bir çox növlərində geniş şəkildə istifadə olunmuşdur. Buna misal olaraq, onun tez-tez müəyyən semantik bölünməz növündən,   həmçinin davamlı, mütəmadi, yaradıcı hissənin təkrarında (personaj, vəziyyət, ideyalar) istifadə olunur. 

Musiqişünaslıqda leytmotivin izahı musiqi dövriyyəsinin,  qısa və ya geniş musiqi frazasının, bəzən bütöv tamamlanmış mövzunun şərhi kimi verilir, hansı ki  bu və ya digər surətin ideyasını, narahatçılığı səciyyələndirir...

Adətən leytmotivin müəyyən ritmik formulası, özünəməxsus harmonizasiyası,  bəzən də xarakterik tembri olur.

3. Bu baxımdan leytmotivin növbəti xarakteristikasını - ideya, obraz, hiss, predmet və s. səviyyəsində  mənanı konkretləşdirən  bir vasitə kimi vermək olar.

Biz  musiqişünaslıqda  qəbul olunan “mövzu” terminini  verilmiş əsərdə əsas musiqi  fikrini melodik  münasibətlərdə  aydın, bitkin şəklə salan  musiqi materialına  malik olan obrazlı-mənanı  kəsb edən  məna kimi  istifadə edirik.

4 Belə olan halda mövzu bir ideya, mahiyyət kimi (Qansa Eyslerin  təyin etdiyi “atom-motiv”),  rəssamın yaradıcılıq irsinə əsaslanan və ya  bütün yaradıcılığı əsasında  duran bütöv sistem kimi başa düşülür.

Onu da vurğulamaq lazımdır ki,  leytmotivin opera janrında formalaşması  K.Montoverdi operalarının inkişafı ilə paralel olaraq, V.A.Motsartın  sonrakı operalarında,  1789-cu ildə Fransız inqılabının  bəstəkarlarının Qretsi, Lesyuera, Keburini və s.  nin yaradıcılığından başlamışdır.

Amma leytmotivin əsl inkişaf tarixi  romantiklərin Teodor Amadey Hofmanın,  Anton fon Veberin, Marşnera, Jorj Bize, Pyotr İliç Çaykovski və başqalarının əsasən də,  Rixard Vaqnerin  yaradıcılığından başlamışdır.

«Leytmotiv sistemi»  termininə gəldikdə isə, konkret olaraq ilk dəfə incəsənətdə dəqiq şəkildə kimin  tərəfindən və hansı şəkildə  istifadə olunduğunu dəqiqləşdirmək çox çətindir.

XX əsrin 30-cu illərində R.Vaqner yaradıcılığını təhlil edən E.B.Motrosovun fikirlərinə görə, mövcud  termin  sistemin problemlərindən yaranan maraqdan doğan, K.Qedelyanın işlərində mövcud olan bir neçə leytmotivin bütöv leytmotiv kimi  birləşməsində  aşkar olunmuşdur.

5 Bu mənada leytmotiv kompleksi (sistemi) ayrı-ayrı leytmotiv elementlərinin öz aralarında struktur və funksional  birləşməsindən yaranıb.

Belə halda,  leytmotiv sistemi dar mənada  leytmotiv qrupu  ilə,  birbaşa və ya dolayısı ilə bir qəhrəmanın ( Məsələn: F.Əmirovun “Sevil” operasında Sevilin  üç əzab leytmotivi), geniş mənada isə bir operanın bütün leytmotivləri ( yalnız bir leytmotivi olan opera istisna olmaqla)  xarakterizə olunur.

Operada leytmotivin, leytmotiv sisteminin  istifadə olunması opera əsərlərinin  dramaturji inkişafına  təsir göstərir. Buna zidd olaraq,  nömrəli teatr səhnələrində  hərtərəfli inkişafını tapmışdır.

Səhnə əsərlərində pərdənin diskritliyi  və sabitliyi  ona gətirib çıxarır ki, dramın intriqasının xarici inkişafı öz-özünə mətnaltı ideyalar, hislər,  fikirlərin  müstəqil səhnə  həyatını formalaşdırır,  belə ki,  hərdən görünən  hərəkətlər  daxili münasibətlərə nəzərən ikinci dərəcəli yer tutur.

Leytmotivin növləri:  Leytmotivin tipologiyasını qeyd edərkən leytimotivin  bütün mümkün məzmunlu variantlarını müəyyənləşdirməyin olduqca çətin olduğunu   vurğulamaq lazımdır. Bununla belə obraz-məzmun əhəmiyyətinə malik olan  leytmotivlərin  bir neçəsini qeyd etmək lazımdır:  mövcud obrazların leytmotiv xarakteristikası (Məsələn: eyni adlı operalardan Ziqfrid, Aida, Vaqifin leytmotivi).  Həmçinin portret xarakteristikası müəyyən  janr-tembr ya janr vasitəsilə göstərilə bilər. Necə ki, məsələn “Qarqız” operasında Lelin leytmotivi  tembr, janr həmçinin intonasiya ilə kompleks təşkil edir (çobanın ifasının  taxta nəfəsli alətlərdə səslənməsi)   

Xüsusilə onu qeyd etmək lazımdır ki,  leytmotivdə  janr konkretləşməsi  Azərbaycan bəstəkarlarının  opera yaradıcılığında  portret xarakteristikasına xasdır.  Necə ki, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında  Uverturada səslənən aşıq mövzusu  opera boyu  əsas qəhrəman  aşığın  leyt xarakteristikasına  çevrilir.  Buna misal olaraq,  R.Mustafayevin “Vaqif” operasında  üsyançıların rəhbəri  “Cəngi” ritmində  orkestr  leytmotivi,  “Sevil”  operasında  Dilbərin  tanqo xarakteristikası və s. 

Əsas personajların xarakteristikasını təsvir edən leytmotivlərdən başqa, həmçinin digər xarakterik cəhətlər də fərqləndirilir.

- Müxtəlif  xoşagəlməz təbiət hadislərinin leytmotivləri ( R.Vaqnerin “Tristan və İzolda” operasında Gündüz və Gecənin leytmotivləri,  V.Adıgözəlovun “Vaqif” operasında  şimşək mövzusu);

- Leytmotivin simvolları: qəzəb leytmotivi, tale leytmotivi, (P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasında  üç kartın mövzusu, R.Korsakovun “Çar gəlini” operasında zəhər leytmotivi, Niyazinin “Xosrov və Şirin” operasında hiylə leytmotivi,  F.Əmirovun “Sevil” operasında   Sevilin  əzab leytmotivi);

           - Qəhrəmanların psixoloji vəziyyətlərinin leytmotivləri (C.Verdinin,  R.Vaqnerin, Ş.Qunonun, P.İ.Çaykovskinin, Ü.Hacıbəylinin, M.Maqomayevin, Niyazi, C.Cahangirovun, Ə.Bədəlbəylinin operalarında çoxsaylı məhəbbət leytmotivləri,  qısqanclıq, kədər, əzab, qəzəb leytmotivləri)

Leytmotivlərin belə funksiya müxtəlifliyinin opera dramaturgiyasında tətbiqi əsas qəhrəmanların  xarakterik cəhətlərinin açılmasına,  leytmotiv-simvola və s. xidmət edir.

Beləliklə, leytmotiv operanın inkişafında  konstruktiv bağlayıc elementə çevrilir və mövzunun axarlı inkişafını tənzimləyir.

Buna nümunə olaraq, leytmotiv texnikasının işlənməsi Ü.Hacıbəylinin “Koroğlu” operasında öz əksini tapmışdır.

Onu xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarlarının  leytmotivlərinin özünəməxsusluğu obraz-emosional sferada Azərbaycan muğamlarının geniş istifadəsidir. Verilən prinsip öz əksini Ü.Hacıbəyli  yaradıcılığından başlayaraq tapmışdır:

Ü.Hacıbəylinin  “Əsli və Kərəm” operasında  əsas qəhrəmanın  musiqili xarakteristikasında  leyttema materialı kimi  Kərimi zərb muğamından istifadə olunmuşdur.

 

Nümunə 1

 

Müslüm Maqomayev Üzeyir Hacıbəylinin mövcud təcrubəsindən öz opera yaradıcılığında geniş şəkildə istifadə etmişdir.  Artıq  “Şah İsmayıl” operasının ikinci redaksiyasında (1924-cü il) leytmotiv mövzusu olaraq nəinki  Ərəb Zənginin  xarakterini əks etdirmək üçün  həmçinin  (Ərəb Zənginin  səhnəyə çıxışını əks etdirən  və həm orkestr partiyasında  sonra isə Ərəb Zənginin  və Şah İsmayılın reçtativ səhnələrində səslənən musiqi materialı aşıq musiqisi “Kərimi”nin  musiqi materialı ilə yaxındır) həmçinin konkret obraz sferasında leytladdan istifadə etmişdir.

Beləliklə,  Bayatı-Şiraz ladı Aslan Şah və köməkçi qüvvələr olan əsabələrinin leyt simvoluna çevrilir. Bayatı-Şiraz ladından bəstəkar Aslan şahın birinci ariyasında, vəzirlə Aslan Şahın duetində  və beşinci aktda xorda istifadə edir.

Necə ki, “Bayatı Şiraz” ladı “Şah İsmayıl” operasında  köməkçi  qüvvələr olan Aslan şah və onun dəstəsinin leyt simvoluna çevrilib,  “Nərgiz” operasında  isə müsbət qəhrəmanlar Nərgiz, Əliyar və Gülnarın  portret xarakteristikasının lad əsasınında  “Şüştər” və “Bayatı Şiraz”,  amma köməkçi qüvvələr olan Ağalar bəy və  onun ətrafındakılarının xarakteristikasında  “Rast” və “Çahargah” muğamı  ortaya çıxır.

Verilmiş üsül, təyin olunmuş ladın müəyyən obraz-məna kontekstində istifadəsi sonralar öz əksini digər Azərbaycan bəstəkarlarının yaradıcılığında tapmışdır. Buna misal olaraq,  Süleyman Ələsgərovun  “Bahadur və Sona” operasındakı  “Şüştər”  ladının (ümumi leytmotivin olması ilə yanaşı)  sevənlərin leytladına cevrilməsini göstərə bilərik.

Əsasını emosional  Azərbaycan ladları  təşkil edən leytmotivlər hətta ən çətin  psixoloji  mənanı dərin, həqiqi mənada  həyata keçirməyə imkan verir.

Bu mənada Azərbaycan operalarının özünəməxsusluğunu ona xas kompazisiya quruluşlu  konkret muğam intonasiyaları və aşıq musiqisi təşkil edir.

Bu baxımdan Azərbaycan bəstakarlarının opera yaradıcılığında konstruktiv və obraz-məzmun xətti sıx bağlıdır. Forma yaratma prinsipi ilk növbədə əsas opera fabulasında  mövcud olan  müvafiq dramaturji funksiyanı diktə edir.

Öz növbəsində onların ardıcıllığı forması böyük  musiqili-səhnə əsərlərində bilavasitə ideyanın həyata keçirilməsindən  yaranır.   

       Müəllif: Azərbaycan Milli Konservatoriyasının dissertantı Leyla Cümayeva     

                                                Vision TV-Fərqanə Əliyeva