Arterial təzyiqi salmağın yolu tapıldı
09.06.2019

Arterial təzyiqi salmağa yuxu kömək edəcək. Belə bir nəticəyə Arizon Universitetinin alimləri gəliblər.

VisionTv.az Oxu.az-a sitinadən bildirir ki, araşdırmanın nəticələri  “Psychosomatic” elmi jurnalında dərc olunub.

Alimlər bildirirlər ki, doyunca yatmamaq təzyiqin qalxmağına və növbəti gündə də yüksək səviyyədə saxlanılmasına səbəb olur, bu da ürək-damar xəstəliklərinin yaranmağına gətirib çıxarır. Ona görə də mütəxəssislər gündə 6-9 saat yatmağı məsləhət görürlər.

Xroniki yuxu çatışmazlığı hipertoniya xəstəliyi və stressin yaranmağına, eləcə də  insulinin səviyyəsinin azalmağına gətirib çıxara bilər.