Arının baldan güclü məhsulu-ÇİÇƏK tozu
08.04.2019

Ən cox bu xəstəliklərdə istifadə edilir-Oxumağa dəyər!

Arı məhsulları içərisində ən əhəmiyyətlilərindən biri də  arı çiçəyi tozudur. Propolis, arı südü kimi arı məhsullarının adı hər birimizə məlumdur. Az- çox onların faydaları və nələrdə istifadə edildiyi haqqında da xəbərsiz deyilsiniz.

Arının çiçək tozu adlanan məhsulu isə təmamilə öz əhəmiyyətinə və tərkibinə görə əsaslı şəkildə fərqlənir. Arının çiçəklərdən ilikin olaraq  topladığı  məhsulun sağlamlığa necə faydası olmaya bilər axı? Yuvalarında yerləşdirdikləri bu məhsuldan xalq təbabətində fiziki cəhətdən zəif düşən uşaqların sağlamlığıının bərpasında istifadə edilir. Balın tərkibinə qatıldıqda daha effektli nəticə göstərir. Tərkibində  proteinlər(zülallar) – 11 – 35%, makroelementlər (K, Ca, P, Fe, Mg), mikroelementlər (Mn, Cr, Zn, I və sair), vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К), bütün əvəzedilməz amin turşuları var. Bu məhsuldan istifadə imkanları olduqca genişdir.  Maddələr mübadiləsinin tənzimləməsi, həyat tonusu qaldırılmaq, antimikrob, antivirus, göbələk əleyhinə, antiiltihab, ümumi möhkəmləndirici, cavanlaşdırıcı, antioksidant (hüceyrədaxili yağların oksidləşməsinin qarşısını alır, bu da şiş xəstəliklərinin profilaktikasında  isitfadə edilir.

Həmçinin arı çiçəyi tozu stressə qarşı davamlığı artıra,  qeyd etdiyimiz kimi immun sistemini stimullaşdıra, radiasiyaya davamlığı artıra, qara ciyər toxumasının funksiyalarını bərpa edə bilir. Məhsul qanda xolesterinin miqdarını azaldır, qan-damar sisteminin işini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, sidik və öd ayrılmasını stimullaşdırır, bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyasını tənzimləyir, orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır, fiziki və əqli iş qabiliyyətini artırır, dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır,kişi cinsiyyət qabiliyyətini artırır.

 Qeyd edək ki, kosmetik vasitə kimi də istifadəsi olduqca əvəzedilməzdir. Hal-hazırda kosmetik vasitələrin istehsalında və təbii maskaların hazırlanmasında bu məhsuldan geniş istifadə edilməkdədir.