Aprelin 09-da hava dəyişkən buludlu olacaq
09.04.2019

Aprelin 09-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Aprelin 09-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Aprelin 09-da hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Aprelin 09-10-da Abşeron yarımadasında mövsümə uyğun mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

eco.gov.az