Ağstafada ŞOK OLAY: Eyni gündə dörd 15 yaşlı hamilə xəstəxanaya gətirildi
24.05.2019

Ağstafa rayonunda şok hadisə yaşanıb.

Vision TV xəbər verir ki, qafqazinfo-un əldə etdiyi məlumata görə, mayın 23-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib. 
Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.