21.010.2019
Ara
Günlük
alt

4 ildən sonra Ancelina “Qaranlıqlar ifritəsi” oldu - VİDEO

Dünyanın ən məşhur studiyalarından biri olan “Walt Disney” “Malifisenta” nağılının davamının ilk treylerini yayımlayıb. Nağılın bu bölümündə də əsas rolu 43 yaşlı aktrisa Ancelina Coli ifa edib.

Visiontv.az xəbər verir ki, premyerası 17 oktyabra təsadüf edən nağılın davamı “Qaranlıqlar ifritəsi” adlanır.

Bu film Ancelinanın dörd ildən sonra böyük ekranlara qayıdışı kimi dəyərləndirlir. 

Colinin ən son çəkildiyi film 2015-ci ildə təqdim olunan “Cote d'Azur” ekran işidir. Bu filmdə Ancelina əsas qadın rolunu canlandırması ilə yanaşı, rejissor və ssenarist kimi öz istedadını bir daha ortalığa çıxarıb. 

“Malefisenta” nağılının davamı olan bölümdə cadugarın başına gələn hadisələrdən bəhs edilir. Cadugar birinci hissədən fərqli olaraq, ikinci hissədə obraz baxımından daha da qorxunc hal alıb. 

“Qaranlıqlar ifritəsi” filmində Ancelina Coli ilə yanaşı Mişel Fayfer, Ed Skreyn, Cuna Templ və El Fanninq çəkilib.

 

 

oxu.az

Yorum