21.05.2019
Axtar
İnfoqrafia

On bir ayın sultanı - RAMAZAN

 

 

Ramazan – müsəlman təqviminin doqquzuncu ayıdır. Belə hesab olunur ki, müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" də məhz bu ayda nazil olub. Odur ki, İslam dünyasında Ramazana "On bir ayın sultanı" deyirlər.

Müsəlmanlar əsrlərdir bu ayda edilməli olan dini ayinləri icra edirlər. Bütün İslam dünyasında olduğu kimi, Azərbaycan cəmiyyətində də Ramazanın əsasını təşkil edən dəyərlər böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Bu il Azəbaycanda Ramazan ayı mayın 6-da başlayır. Ramazan təqviminə görə Əhya (Qədr) gecələri 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək. Ramazan bayramının 1-ci günü, şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır. 2019-cu il Ramazan ayının təqvimi ilə visiontv.az-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.


 

Şərh yazın