Dövlətə məxsus müəssisələrin idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Müşahidə şuralarının yaradılmasına fərqli aspektlərdən baxılmaqdadır. Müşahidə şuralarının səlahiyyətləri, görəcəyi işlərə dair hətta ekspertlər səviyyəsində belə, suallar ortaya qoyulur.
Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.
BMT-nin 26 yanvar 2021-ci il tarixli məlumatına əsasən, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr bəyanatından sonra Ermənistandan Dağlıq Qarabağa təqribən 20 mindən bir qədər çox əhali qayıdıb. Rusiya sülhməramlılarının nəzarət etdiyinə baxmayaraq, Dağlıq Qarabağa hələ də şübhəli simaların keçidini nəzərə alsaq, deyə bilərik ki, qayıdanların hamısının yerli əhali, yəni Azərbaycanın erməni vətəndaşları olduğunu güman etmək bir qədər riskli qərar olar. Əlavə etmək də yerinə düşər ki, sülhməramlıların statistikasına görə, geri dönənlərin sayı 50 minin üstündədir.
Dünyanın ən böyük saytlarından biri olan Vikipediya iri təbliğat platformasıdır. Son aylar milli mediamızda Vikipediyaya maraq artıb. Saytın Azərbaycan seqmentində ölkəmizin tarixi və bu günü, Qarabağ problemi barədə məqalələr yaradılır, mövcud olanlara düzəlişlər edilir, Vikipediyada işləyə biləcək könüllülərin hazırlanması üçün təlimlər təşkil olunur. Bu da təbii ki, mediamızın diqqətindən kənarda qalmır.
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyinə yeni baxış nöqteyi-nəzərindən kifayət qədər uğurlu oldu. Dövlətimizin başçısı bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Bu mətbuat konfransı ilə Prezident İlham Əliyev informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.
“Ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur”.
Milli Məclisin deputatları 2021-ci ilin Dövlət büdcəsini təsdiq etdi. Əksər mütəxəssislər o cümlədən millət vəkilləri büdəcinin sosialyönümlü olduğunu deyilər. Bir qism isə ziddiyətli münasibət bildirir. Müsahibimiz Milli Məclisin deputatı Elnur Allahverdiyevdir.
“Biz bu günlər çox tarixi anlar yaşayırıq. 100 illik parlament tariximizdə ilk dəfə qalib dövlətin, öz əzəli torpaqlarını işğaldan azad etmiş dövlətin növbəti il büdcəsini müzakirə edirik. Təbii ki, büdcə maddələri detallarla, ayrı-ayrılıqda incələnib və bu barədə həm hökumət nümayəndələrinin, həm də Hesablama Palatasının rəyləri var. Ümumən demək olar ki, bütün sahələrdə xərclərdə artım var. Bu, ilk növbədə dövlətin maliyyə ehtiyatlarının möhkəmliyi, iqtisadiyyatın dayanıqlığının göstəricisidir”.
“S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyalar qəbuledilməzdir.
Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq.
Bu həftə Feysbuk vasitəsilə ünvanladığımız suallara Milli Məclisin deputatı Elnur Allahverdiyev cavab verib.