Çavuşoğlu Bakıya gəlib
27.06.2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

Visiontv.az xəbər verir ki, Türkiyənin baş diplomatı bu barədə "Twitter" hesabında paylaşım edib.

"Türkiyə-Azərbaycan-Qazaxıstan Üçtərəfli Xarici İşlər və Nəqliyyat Nazirlərinin Birinci Toplantısında iştirak etmək üçün Bakıdayıq",- deyə paylaşımda qeyd olunub.