Zəngəzur Muxtariyyəti teleqram kanal...-Jalə Mütəllimova
Zəngəzur Muxtariyyəti teleqram kanal...-Jalə Mütəllimova
02.03.2021 Jalə Mütəllimova Tərəfindən

...Ermənilərin informasiy savaşında yeni mərhələ...

Prezident İlham Əliyev ustad Aşıq Ələsgərin 200 illiyinin dövlət səviyyəsində keçirilməsi haqda  sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, əzəli Azərbycan torpağı olan Göyçədə aşığın əzəmətli abidəsi ermənilər tərəfindən dağıdılıb.  Prezident elan edib ki, dağıdılmasına rəğmən, bütün milli-mənəvi sərvətlərin şürumuzda yaşaması, onun geri qaytarılması üçün birinci şərtdir.
Yeri gəlmişkən, bu günlərdə Şuşanı yenidən bəzəyən xan qızı Natavanın, böyük Üzeyir və Bülbülün büstləri məhz bu qəbildən milli-mənəvi,  unudulmayan sərvət idi.  İllərlə Bakıda saxladıq. İndi rəhbərliyində fransız mənşəli birinin oturması və Azərbaycanın mədəni irsinə qarşı erməni vəhşiliyinə susmasına baxmayaraq, zamanında YUNESKO bu üç büstün Azərbaycana gətirilməsində dəstək olmuşdu. Artıq onlar əzəli, tarixi yerindədir, Şuşada. Həm də Prezident o abidələrin yenidən Şuşaya qaytarılması prossində və açılışında şəxsən iştirak etdi.

Prezidentin məlum sərəncamı, məlum xatırlatmasının ardınca Milli Məclisdə deputat, Strateji Araşdırmalar mərkəzinin rəhbəri Zahid Oruc bir arzusunu bildirib, deyib ki,  Zəngəzura, Göyçəyə getmək arzusundadır. Çoxu bu arzuya qoşuldu, bir qrupsa güldü.
Əslində isə bu, ermənilərlə informasiya savaşının son dərəcə vacib elementidir. Bu savaşda Prezidentin ardınca getmək son dərəcə mühim şərtdir.  Və əgər bu mühim məsələ olmasaydı ermənilər Azərbaycanda Zəngəzurla bağlı danışılan bütün məsələlərə həyəcanla yanaşmazdılar. Onlar  yaxşı bilirlər, Zəngəzur alınlarında qara ləkə, SSRİ rəhbərləri ilə törədilən qanlı cinayətdir.
İndi dönək Zahid Orucun da tərkibində olduğu informasiya savaşına. Hansı ki, ermənilər bu gələcəyin gəlməməsi üçün hər şeyə hazırdırlar. Azərbaycana qarşı informativ, siyasi, mənəvi və psixoloji savaşları məhz bu üzdən açırlar. Əslində özlərinin də xəbəri yoxdur və ya bəlkə də var ki, bu məsələyə ritorika və hikkə ilə yanaşanların hamısı erməni əlinə işləyir. Siyasi hakimiyyəti sevməyə bilərsən, amma bu sevgisizlik Qarabağ və tarizi Zəngəzur məsələsindən dolayı siyasi hakimiyyətə yönəlməməlidir. Ermənilər məhz belə davranır və informativ savaşı uda bilirlər. Məsələn, uzun müddətdir ki, rus və erməni dilində, nəhəng Teleqram kanalı yaradıblar.   Zəngəzur Muxtariyyəti adlı Teleqram kanalda rus dilində bəlli siyasi kursa xitmət edən yazılar, xəbərlər yer alır. Halbu ki, artıq rəsmən nə belə bölgə var, nə coğrafi ad. Bu ad indilik yalnız sənədlərdə, arxivlərdədir. Sual olunur, bəs nədir bu erməni təlaşı, Rusiya zərurəti?!. Və əgər ki, Zəngəzur gerçəkdən tarixi erməni torpağıdır, niyə adı dəyişdiril və illər sonra köhnə adına yeni işlər grülür?..

...Və eyni zamanda bunun nə demək olduğunu bir kəndin də geri qaytarılmayacağına əmin olanlar, hər şeyə ritorika ilə yanaşan “qəhrəmanlar” anlayırmı?

Sonda qısa tarixi arayış: 1920-ci il dekabrın 1-də Zəngəzur mahalı Ermənistan ərazisinə birləşdirilib. Məqsəd, Ermənistanı siyasi və iqtisdi blokadadan çıxarmaq, eyni zamanda Azərbaycanı zəiflətmək, həmçinin gələcək işğal məqsədləri üçün Naxçıvanla Azərbaycanın quru yolunu kəsmək idi. Ermənilərin xeyrinə, Rusiya bu qorxunc tarixə imza atdı, kütləvi qırğınlar törədildi. 1920-ci ildə  ilk dəfə “türklərdə xof yaratmaq lazımdır” siyasəti yeridildi. Zəngəzurda 115 türk-müsəlman kəndi yer üzündən silindi. On minlərlə insan vəhşiliklə qətlə yetirildi. Sağ və ya yaralı qalanlar Naxçıvana və Qarabağa sığındı. 1933-cü ildə Ermənistan SSR-nin ərazisi rayonlara bölündü. Zəngəzur adı xəritədən silindi. Qafan, Gorus, Qarakilsə-Sisian və Mehri yaradıldı. Zəngəzurun Azərbaycanda qalan hissəsində, əvvəl Kürdüstan qəzası, sonra Zəngilan, Qubadlı, Laçın yaradıldı. 1992-93-cü illərdə Zəngəzurun bu tarixi əraziləri də ermənilər tərəfindən işğal edildi.

2020-ci il, dekabrın 1-də, Zəngəzurun Azərbaycan ərazisində qalan, 1993-cü ildə ikinci dəfə  erməni işğalına uğramış üç böyük rayonunun sonuncusu, Laçın,  Zəngilan və Qubadlıdan sonra azad edildi. Hazırda narahatlıq doğuran ən vacib məsələ, Laçın koridoruna rus sülhməramlılarının nəzarət etməsidir. Odur ki, yaxın gələcəkdə Azərbaycan özü çox sürətlə bu ərazini tam nəzarətə götürməlidir. Heç bir ölkənin xüsusən Rusiyanın özünə sülhməramlı deyən qüvvələri o koridorda olmamalıdır.

...Və bu gün baş verənlər tarixin geri oxunuşudur. Bu prosesdə tarixən tərəf olanların heç biri, indi kənarda qala bilməzdi, Rusiya indi bu səbəbdəb Azərbaycandadır. O tarixi Zəngəzurdan, üzü Naxçıvana gedən yolun açılışından çəkinir.  Bu işdə dövətin ən vacib dayağı xalqdır. Müharibəni ordu və komandanla çiyin-çiyinə udan xalq. Zəngəzurda, Göyçədə qırılan, edam edilən xalq. Xalqı maarifləndirin, maarifləndirin ki, daha bizi kimsə işğal edə bilməsin...

Visiontv.az