“Zəngəzur mahiyyət etibarı ilə Panama və ya Süveyş kanalının ekvivalentidir"
12.08.2025

Amerikanın ən nüfuzlu nəşrlərində olan “Forbes”i oxuyuram. Vaşinqton görüşü ilə bağlı maraqlı fikirlər ortaya qoyur. Məsələn, yazıda qeyd olunur ki, Zəngəzur dəhlizi İranda separatizmi gücləndirəcək. İrandakı türklər bundan sonra Azərbaycan və Türkiyəyə doğru daha çox can atacaqlar. Əlbəttə, biz bunu yaxşı bilirik. Ancaq bunu "Forbes" yazanda bu həqiqətdən bütün dünya xəbərdar olur.

Məqalədə deyilir: “Zəngəzur mahiyyət etibarı ilə Panama və ya Süveyş kanalının ekvivalentidir, hər ikisi tikinti zamanı və ondan sonrakı onilliklər ərzində Qərbin hərbi dəstəyinə ehtiyac duyur”.

Diqqət edirsizmi? “Zəngəzur mahiyyət etibarı ilə Panama və ya Süveyş kanalının ekvivalentidir”. Yəni miqyas o həddədir.

“Forbes” deyir ki, Rusiya və İranın nəzarətindən kənarda qalan Zəngəzur dəhlizi təkcə türklər üçün deyil, bütün dünya üçün xüsusi statusda olan bir məsələdir. Bunu niyə vurğulayıram? Sapı özümüzdən olan baltalar vardı ki, Zəngəzur dəhlizi məsələsini lağlağı obyektinə çevirməyə cəhd edirdi. Onlar da Vaşinqton görüşündən sonra ayaqlar altında qaldılar.

Elbəyi Həsənli

visiontv.az