“Zəfər” futbol turniri keçiriləcək
15.09.2021

Aqrar sahədə fəaliyyət göstərən əməkdaşların təşəbbüsü ilə “Zəfər” futbol turniri keçiriləcək.

Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 18 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək.

Qeyd edək ki, “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.

Visiontv.az