Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub - robototexnikalar hazırlanacaq
09.05.2022

Bu günlərdə  AMEA Yüksək Texnologiyalar Parkına (YTP)  daha bir inkubator-rezident - “Troniq” MMC qəbul olunub.

“Troniq” MMC ən müasir standartlar əsasında robototexnikaların hazırlanması və onların suni intellekt sistemləri inteqrasiyasının təmin edilməsi həyata keçirir.

Şirkətin həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.

“Troniq” MMC texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıqlar və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.

Marja.az