Yeniliklərə və inkişafa ehtiyac var - Fərid Qayıbov
08.09.2021

“Hamı birlikdə çalışmalı və hazır olmalıdır. Müəyyən nəticələr var, amma onlarla kifayətlənməyəcəm”.

Visiontv.az-ın xəbərinə görə, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunarkən deyib.

O bildirib ki, yeniliklərə və inkişafa ehtiyac var: “Bu istiqamətdə çalışacağıq. Dünəndən təbrikləri qəbul edirəm və artıq işləmək lazımdır . Bu, böyük məsuliyyətdir və əlimizdən gələni etməyə hazırıq".