Yeni milli texnika və silah sistemləri Suriya sərhədində TSK-nın gücünə güc qatır
Yeni milli texnika və silah sistemləri Suriya sərhədində TSK-nın gücünə güc qatır
29.11.2022 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələrinin (TSK) istifadəsinə verilən yerli istehsal olan ən müasir silah, texnika və sistemlər Suriya sərhədindəki Hatay vilayətində xidmət edən Mehmetciyin gücünə güc qatır.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Hatayın Altınözü rayonunda yerləşən Hatay 2-ci Sərhəd Alay Komandanlığının Ziyarət Sərhəd Məntəqəsində 7/24 keşik çəkən “sərhəd qartalları” Şahin Kamera Sistemi, ACAR Quru Müşahidə Radarı, SARP Uzaqdan İdarə Edilən Silah Sistemi və SEDA Akustik Atış Yeri Aşkarlama sistemi ilə təmas xəttində xidmət edir. 

ASELSAN tərəfindən istehsal olunan elektro-optik müşahidə sistemi olan “Şiringöz” Kamera Sistemi Mehmetçiyə əlverişsiz hava şəraitində belə gecə-gündüz sərhəd xəttində uzun mənzilli hədəfləri izləmək, müəyyən etmək və koordinasiya etmək imkanı verir.
Sistem 11,5 kilometrdən hədəfləri təyin edərək, lazer xüsusiyyəti sayəsində hədəfin məsafəsini təyin edə bilir.

Uzaqdan idarə oluna bilən, termal kamera və lazer məsafə ölçmə xüsusiyyətinə malik olan “SARP” Uzaqdan İdarə Edilən Silah Sistemi sərhəd xəttindəki əsgərlərin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilib. 

İlahə Əliyeva