Yazıçı Rüşdi hücumdan sonra süni nəfəs aparatına qoşulub: Gözünü itirə bilər
Yazıçı Rüşdi hücumdan sonra süni nəfəs aparatına qoşulub: Gözünü itirə bilər
13.08.2022 MEDİA Tərəfindən

ABŞ-da bıçaqla hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdi əməliyyat olunub. Bu barədə Reuters agentliyinə onun agenti Endryu Uayli məlumat verib.

Rüşdi avqustun 12-də Nyu-Yorkun Çautakva şəhərində mühazirədən əvvəl hücuma məruz qalıb.

Bir neçə saat davam edən əməliyyatdan sonra Rüşdi süni nəfəs aparatına qoşulub.

" Salmanın bir gözünü itirmək ehtimalı var. Qolunun əsəbləri kəsilib, qaraciyəri zədələnib", - agent bildirib.

Polis artıq hücum edənin şəxsiyyətini müəyyənləşdirib - bu, Nyu Cersidən olan 24 yaşlı Hadi Matardır. Hücumun motivləri hələlik məlum deyil, FTB tərəfindən araşdırma aparılır.

visiontv.az