"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə xərclənən vəsait açıqlanıb
"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə xərclənən vəsait açıqlanıb
13.10.2022 YAŞAT Fondu Tərəfindən

Şəhidlərin ailə üzvlərinin və müharibə əlillərinin təhsilinə "YAŞAT" Fondunun dəstəyi davam edir.

Visiontv.az xəbər verir ki, fondda bildirilib ki, bugünədək təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.

Şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə xərclənən vəsait açıqlanıb

APA